Dünya

Kaşıkçının qatillərinin yeni görüntüləri yayıldı - FOTO

19 Dekabr 2018 17:16
1 Şərh     Baxış: 4 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanından olan müxalif jurnalist Camal Kaşıkçını İstanbulda qətlə yetirməkdə ittiham olunan 15 nəfərlik qrupla bağlı yeni görüntülər yayımlanıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, fotolar Türkiyənin "Anadolu" agentliyi tərəfindən əldə edilib. 

Görüntülər İstanbul aeroportunda, baş konsulluğun girişində və çıxışında lentə alınıb. 

Haber görseli

Türkiyə polisi bu görüntülər üzərindən qrupun hadisədən əvvəl və sonrakı addımlarını izləyib. 

Bildirilib ki, kəşfiyyatçı Məhəmməd Səid H.Əlzahrani, general-leytenant Mansur Osman M.Əbu Hüseyn və kəşfiyyatçı polkovnik Naif Həsən S.Alarifi oktyabrın 1-də Səudiyyə Hava Yollarına aid təyyarə ilə, Əbdüləziz Məhəmməd M. AlhavsaviXalid Aed G.Alotaibi və Səid Meşal Abostanı oktyabrın 2-də Türk Hava Yollarına aid təyyarə ilə Atatürk aeroportuna eniş ediblər. 

Haber görseli

Onlardan başqa həmin gün polkovnik Bədr Lafi M.Alotaibi, kralın mühafizəçisi Valid Abdullah M.Alşehri, general-leytenant Mustafa Məhəmməd M.AlmadaniFaad Şabib A.Albalavi, general-leytenant Maher Əbdüləziz M.Mütrəb, kəşfiyyatçı Saar Qalib T.AlharbiTürki Muşərrəf M.Alşehri, Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyinin tibb ekspertizasının polkovnik-leytenantı Salah Məhəmməd A.Tubaiqi və Saif Səid Q.Alqahtani də gecə saatlarında Atatürk aeroportuna eniş edərək, hotellərə yerləşiblər. 

Haber görseli

Onlar hadisə günü hissə-hissə baş konsulluğa gəlib və qətl baş verdikdən sonra oradan ayrılıblar. General-leytenant Mustafa Məhəmməd M.Almadani hadisədən dərhal sonra Kaşıkçının geyimində baş konsulluğun arxa qapısından çıxaraq, Sultan Ahmetdəki məscidə gəlib. Oradan isə geyimini dəyişərək, hotelə qayıdıb. 

Cəsədin olduğu çamadan isə 34 CC 1865 dövlət qeydiyyat nişanlı avtomobillə hadisə günü saat 15:00-da baş konsulluğu tərk edib. 

Haber görseli

Oktyabrın 2-si gecə və 3-ü səhər saatlarında 15 nəfərlik qrup xüsusi təyyarələrlə Türkiyəni tərk edib və Səudiyyə Ərəbistanına qayıdıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.