Dünya

Atatürk hava limanında söküntü işlərinin vaxtı dəyişdirildi

19 Dekabr 2018 16:15
0 Şərh     Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Atatürk hava limanında avadanlıqların sökülməsi və yeni aeroporta daşınması prosesinin tarixi 2019-cu ilin martına keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, vaxtın dəyişdirilməsi texniki məsələlərlə bağlıdır.

Xatırladaq ki, bir müddət əvvəl nəqliyyat və infrastruktur naziri Mehmet Cahit həmin prosesin bu il dekabrın 30-da başlayacağını demişdi.

Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək.

İstanbulun üçüncü hava limanı şəhərin şimal hissəsində, Terkos gölü yaxınlığında inşa olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.