Dünya

Maaş tələb edən həkimlər qubernatorun arvadını girov götürdülər

19 Dekabr 2018 11:38
0 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Vilyaeroms şəhərində uşaq xəstəxanasının işçilərinin ödənilməyən əmək haqlarının ödənilməsi tələbi ilə keçirdikləri etiraz aksiyasının ardınca şəhərin qubenatorunun arvadını girov götürüblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qubernatorun həyat yoldaşı 6 saat girov qalıb. O, yerli polis qüvvələri tərəfindən etirazçıların əlindən azad edilib, heç bir xəsarət almayıb.

Etirazçıların, həmçinin prokurorluğun iki avtomobilinin şüşələrini sındırdıqları bildirilir.

Məlumata görə, etiraz edən tibbi müəssisənin işçilərinə ödəniləcək məbləğ 200 milyon pesodan (10 milyon dollar) çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.