Dünya

Ana alqışlarla 15 yaşlı oğlunun ölümünü izlədi - VİDEO - FOTO

19 Dekabr 2018 11:47
1 Şərh     Baxış: 4 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada 15 yaşlı oğlan faciəvi şəkildə ölüb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, 14-cü mərtəbədən tullanmağa çalışan oğlan evdə hazırladığı paraşütünün açılamaması nəticəsində yerə çaxılaraq həlak olub.

Hadisə Ukraynanın Makiivka şəhərində baş verib. 15 yaşlı Boqdan Firsov adlı oğlanın ölüm anı kameraya düşüb.

O, özü hazırladığı paraşütün istifadəsi üçün 14 mərtəbəli binanın başına çıxıb. Boqdanın paraşütlə tullanmasını izləməyə yığışan qohumları və anası çarəsizcə onun ölümünün şahidi olublar.

Bir neçə dəqiqə əvvəl oğlunu tullandığına görə alqışlayan qadın onun ölümündən şoka düşüb. O, hadisə yerini tərk etmək istəməyib.

Ekspertlər isə bildirib ki, paraşüt açılsa belə, o öləcəkdi. Çünki paraşütlə tullanmaq üçün minimum hündürlük 70 metr (təxminən 25 mərtəbəli bina) olmalıdır.

Milli.Az görüntüləri təqdim edir:

Fuad
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ana alqışlarla 15 yaşlı oğlunun ölümünü izlədi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.