Dünya

Tramp və Demokratlar 2019-da yeni başlanğıca hazırlaşır

19 Dekabr 2018 09:58
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ildə ABŞ siyasətində bir çox dəyişiklik oldu. Demokratlar noyabr ayında keçirilən ara seçkidə Nümayəndələr Palatasının nəzarətini ələ keçirdi.

Bu isə Donald Trampın prezidentliyinin növbəti iki ilinə böyük təsir göstərəcək.

"Sizin sayənizdə sabah Amerika üçün yeni bir gün olacaq".

Bunu Demokratların lideri Nensi Pelosi Nümayəndələr Palatasını Demokratların nəzarətinə keçirən ara seçkilərdən sonra qələbələri qeyd edərkən söyləyib.

Demokratlar prezident Donald Trampa olan qəzəb sayəsində qalib gələ bildilər. Onlar arasında Massaçusetsin demokrat nümayəndəsi Ayanna Pressli kimi namizədləri dəstəkləyən mütərəqqi və qadın seçicilər var idi.

"Biz təsdiq etdik ki, bu, tariximizin ən qaranlıq hissəsi ola bilsə də, biz buna imkan verməyəcəyik. Əksinə, bizi ümidlərimiz formalaşdıracaq, qorxularımız deyil", - Pressli bildirib.

Prezident Tramp qanunvericilik gündəmini irəlilətməkdə çətinlik çəkəcək, bundan əlavə isə Nümayəndələr Palatasının Demokratları onunla bağlı bir sıra istintaq başladacaq.

Lakin Tramp hələ də öz mövqeyində qalır.

"Onların əlində heç nə yoxdur. Heç nə. Bilirsiniz niyə, çünki ortada heç nə yoxdur. Onlar bu oyunu oynaya bilər, amma biz onlardan daha yaxşı oynaya bilərik", - o deyib.

Tramp və Demokrat liderlər sərhəddə divarın inşası ilə bağlı qarşıdurma yaşayıb. Təhlilçi Con Fortier deyir ki, bu partiyalar arası mübarizələrin hələ də davam edəcəyini göstərir.

"Demokratlar Donald Trampla fərqliliklərini vurğulamaq və Tramp administrasiyasını təhqiq etmək üçün çoxluqlarından istifadə edəcək. Ondan sonra bir il 2020-ci il seçkilərinə hazırlıq gedəcək. Bu, keçid ili olacaq", - Fortier bildirib.

Cim Kesslerin sözlərinə görə, Respublikaçıların konqresə tam nəzarət etməməsi o deməkdir ki, Tramp Demokraltarla bəzi razılıqlar əldə etməlidir.

"Hazırda belə görünür ki, Tramp növbəti iki ildə hər hansı razılıq əldə etmək üçün Demokratlarla işləmək bacarığına malik deyil", - o söyləyir.

Bu, prezident Donald Tramp üçün mühüm il olacaq. O, Robert Müllerin onunla bağlı söylədiyi və ittiham etdiyi məsələlərə qarşı çıxmalı olacaq. Və məncə, bu il onun üçün çətin keçəcək.

"Bu, prezident Donald Tramp üçün mühüm il olacaq. O, Robert Müllerin onunla bağlı söylədiyi və ittiham etdiyi məsələlərə qarşı çıxmalı olacaq. Və məncə, bu il onun üçün çətin keçəcək", - o deyir.

Tramp diqqətini daha çox növbəti seçkiyə yönəldəcək. Amma Gian MakKi deyir ki, onu məğlub etməyə ümid edən bir çox demokrat da diqqətini seçkiyə yönəldəcək.

"Bilirsiniz, reallıq bundan ibarətdir ki, 2020-ci il seçki kampaniyası artıq başlayıb. Bu hal təəssüf doğurur, amma eyni zamanda gələcəyi də formalaşdırır", - MakKi söyləyir.

2019-cu ildə baş verənlər Donald Trampın ikinci dəfə prezident seçilib-seçilməyəcəyini müəyyən edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.