Dünya

ABŞ Gülnarə Kərimovaya qarşı sanksiyaların müddətini uzadıb

19 Dekabr 2018 08:04
0 Şərh     Baxış: 2 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Rusiyanın baş prokuroru Yuri Çaykanın oğlu Artyom və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarəyə qarşı Maqnitski qanununa əsasən tətbiq edilmiş sanksiyaların müddətini uzadıb.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Konqress üzvlərinə məktubunda qeyd olunub.

Söhbət ABŞ prezidentinin bir il əvvəl imzaladığı fərmandan gedir. Həmin sənədə əsasən, ABŞ qlobal Maqnitski aktı çərçivəsində Artyom Çayka və Gülnarə Kərimova da daxil olmaqla bir sıra şəxslərə qarşı sanksiya tətbiq edib.

2017-ci ilin dekabrında siyahıya bütün dünya üzrə ümumilikdə 13 nəfərin adı, həmçinin 39 fiziki şəxs və şirkət daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.