Dünya

Venesuela defoltla üzləşə bilər

18 Dekabr 2018 21:17
0 Şərh     Baxış: 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuela hökuməti borclarına dair ödəmələri növbəti dəfə köçürmədiyinə görə 5 sərmayə fondu tərəfindən bondları erkən bağlamaq və faizləri ödəmək tələbləri ilə üzləşib.

Milli.Az "Report"a istinadən bildirir ki, müddəti 2034-cü ilədək olan 1,5 milyard dollar məbləğində avrobondlar üzrə 140 milyon dollarlıq ödəmələri gecikdirən hökumət qanuna əsasən həmin tələbləri dərhal yerinə yetirməlidir. Lakin bu, inandırıcı görünmədiyindən ölkə növbəti illərdə məhkəmə prosesləri ilə üz-üzə qalacaq.

Bu addım digər sərmayəçilər tərəfindən də oxşar tələblərə rəvac verə bilər. Ölkədə, ümumiyyətlə, 60 milyard ABŞ dolları məbləğində dövlət istiqrazları tədavüldədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.