Dünya

ABŞ İsrail-Fələstin münaqişəsi üzrə yeni barışıq planı hazırlayıb

18 Dekabr 2018 21:16
0 Şərh     Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ İsrail-Fələstin münaqişəsinin həllinə dair əvvəlkilərdən fərqlənən yeni plan hazırlayıb".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT Təhlükəsizlik Şurasında sözügedən vəzifədə iştirak etdiyi son iclasda bildirib.

"Artıq bir həqiqəti qəbul etməliyik: sülh sazişindən hər iki tərəf qazanardı. Lakin Fələstin tərəfi daha çox qazanar, İsrail isə daha çox riskə gedir. Məhz bunu düşünərkən ABŞ Administrasiyası israillilərlə fələstinlilər arasında planını hazırlayıb. Bu, sadəcə, ümumi müddəalardan ibarət bir neçə səhifəlik yazı yox, daha ətraflı və böyük plandır, bununla da əvvəlkilərdən fərqlənir", - deyə amerikalı diplomat vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.