İranın Sistan və Bəluçestan vilayətində orta məktəbdə yanğın baş verib. Nəticədə 3 məktəbli həlak olub, biri isə ağır yanıq xəsarəti alıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, İranın Sistan və Bəluçestan vilayətinin Təlim-Tərbiyə İdarəsinin baş direktoru Əlirza Nəxəi deyib ki, hadisə qızlar məktəbində baş verib.
Yanğına sinif otaqlarından birini qızdırmaq üçün istifadə edilən neft çırağının səbəb olduğu deyilir.
Milli.Az