Dünya

4 yaşlı qızını öldürüb, cəsədini yandıran ana: "Bunu mənə mələklər dedi" - FOTO

18 Dekabr 2018 14:08
2 Şərh     Baxış: 3 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azyaşlı qızını boğaraq öldürən, sonra da cəsədini yandıran qadın həbs olunmayıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 38 yaşlı Carly Ann Harris adlı qadın 4 yaşlı qızı Amelianı öldürüb, sonra da cəsədini yandırıb.

Qadın ifadəsində bildirib ki, qızını dünyanı xilas etmək üçün öldürüb. Onun psixoloji problemlərinin olduğu aşkarlanıb.

Carly Ann Harris şizofren olduğuna görə həbs olunmayıb, müalicə üçün ruhi əsəb dispanserinə göndərilib.

Hadisə Uelsin cənubunda, Trilo kəndində baş verib. Qadın qızını öldürdükdən sonra "Allah onun yanında olacaq. O, mələkləri öz yanına aparır" deyib.

Carly hadisə yerinə gələn polislərə isə "Bunu mənə mələklər dedi. Onu öldürdüm. Məni tuta bilərsiniz" söyləyib.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.