Dünya

Ermənistanın sabiq baş naziri və daha yeddi min nəfər Serj Sarqisyanın partiyasından istefa verib

18 Dekabr 2018 13:08
3 Şərh     Baxış: 1 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın sabiq baş naziri Karen Karapetyan keçmiş hakim Respublikaçılar Partiyasından istefa verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Qraparak" qəzeti yazıb.

Nəşrin məlumatına görə, eks hökumət başçısı uzun müddətdir siyasi təşkilatın qərargahına ayaq basmır. K.Karapetyan partiya sədrinin birinci müavini vəzifəsini tuturdu. Respublikaçılar Partiyasının sədri isə keçmiş prezident Serj Sarqsyandır.   

K.Karapetyanla birlikdə Ermənistanın qaz təchizatı sahəsinin 7 min işçisi də Respublikaçılar Partiyasından çıxmaq barədə ərizə yazıblar. Onlar K.Karapetyanı hökumət başçısı etmək üçün 2017-ci ildə keçirilən parlament seçkiləri qabağı həmin dövrdə hakim partiyaya üzv olubmuşlar.

Qeyd edək ki, K.Karapetyan hazırda Rusiyanın "Zarubejneft" şirkətinin Direktorlar Şurasının üzvüdür. O, 2016-cı ilin sentyabrından 2018-ci ilin aprelindək Ermənistanın baş naziri olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.