Dünya

Tereza Mey: "Yeni Brexit referendumu hökumətin siyasətinə sarsıdıcı zərər vuracaq"

17 Dekabr 2018 23:27
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına dair ikinci referendumun keçirilməsi Britaniya hökumətinin siyasətinə düzəldilməsi mümkün olmayan zərər vuracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Tereza Meyin dekabrın 17-də Parlamentin İcmalar Palatasında nəzərdə tutulan nitqində yer alır. Press Association agentliyi bu gün Baş nazirin nitqindən bəzi hissələri dərc edib.

"Gəlin Britaniya xalqına verdiyimiz vədə xilaf çıxmayaq. Növbəti səsvermə siyasətimizin bütövlüyünə düzəldilməsi mümkün olmayan zərər vuracaq", - deyə Mey bildirir.

Tereza Mey, həmçinin hesab edir ki, yeni referendum "ölkənin birləşməsi üzərində işlər aparılmalı olduğu halda, onu daha çox böləcək" və mühafizəkarların "demokratiyanı reallaşdırmaq" qabiliyyətini sual altına qoyacaq.

Bu ərəfədə Britaniya mətbuatında bəzi hökumət üzvlərinin Birləşmiş Krallıqda Brexit üzrə növbəti referendumun keçirilməsinin mümkünlüyünü müzakirə etdiyi barədə məlumatlar yer alıb. "The Times" qəzeti yazır ki, hökumət üzvlərinin əksəriyyəti Tereza Mey və Avropa İttifaqı liderlərinin hazırladığı Brexit sazişin şərtlərini uğursuz hesab edir. Nəşrin məlumatına əsasən, yeni plebisitin keçirilməsi variantı Britaniyanın Nazirlər Kabinetində açıq müzakirə olunur. Həmin ideya beş nazir, o cümlədən maliyyə naziri Filip Hammond, əmək və pensiya məsələləri naziri Ember Radd tərəfindən bu və ya digər dərəcədə dəstəklənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.