Dünya

"Kənarda saxla" deyən müştərilər taksini yandırdı - VİDEO - FOTO

17 Dekabr 2018 11:49
0 Şərh     Baxış: 1 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taksini yandıran müştərilə həbs olunublar.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin Kent qraflığında taksiyə minən müştərilər sürücünü təhqir edib, hədələyib, sonra da avtomobilini yandırıblar.

Avtomobili yandıran 36 yaşlı Warren Hearne və 27 yaşlı Danny Frost 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmədə bildirilib ki, onlar yolda sürücünü metal alətlə təhdid edib, avtomobili qapısı açıq vəziyyətdə sürdürüblər. Sonra da "yanacaq doldurma stansiyasında saxla, pivə alacağıq" deyərək sürücünü aldadıblar. Avtomobildən düşən müştərilər benzin xortumunu avtomobilin arxa oturacaqlarına töküb, yandırıblar.

Hadisədən təxminən 15 dəqiqə sonra onlar saxlanılıblar.

Fuad
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.