Dünya

Çində zəlzələ nəticəsində 16 nəfər xəsarət alıb

17 Dekabr 2018 07:14
0 Şərh     Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Sıçuan əyalətində səhər saatlarında baş vermiş zəlzələ nəticəsində azı 16 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ümumilikdə zəlzələ nəticəsində 378 nəfər təhlükəsiz yerlərə təxliyə edilib, hadisə yerinə 300-dən artıq xilasedici cəlb edilib.

Yeraltı təkanlar bir neçə binanın uçmasına və torpaq sürüşməsinə səbəb olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Çinin Sıçuan əyalətində 5,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İbin şəhər dairəsində, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.