Dünya

Yaponiyada mübahisəli adalarla bağlı sorğu keçirilib

16 Dekabr 2018 23:52
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya əhalisinin 53,2 faizinin qənaətinə görə, Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumət Rusiya ilə danışıqlarda ilk növbədə diqqəti mübahisəli dörd adadan ikisinin qaytarılmasına yönəltməlidir. Qalan iki adanın statusu isə sonrakı məsləhətləşmələr zamanı müəyyən edilməlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Kyodo agentliyinin keçirdiyi sorğunun nəticəsində məlum olub.

Eyni zamanda, respondentlərin 28,6 faizi "dörd adanın hamsının qaytarılması" tələbini dəstəklədiyini bildirib. Bundan əlavə 7,3 faizi bəyan edib ki, Yaponiyaya "yalnız iki adanın qaytarılması" da kifayət edər.

Sorğunun istirahət günlərində keçirildiyi bildirilsə də, rəyi soruşulanların ümumi sayı barədə məlumat verilmir.

Xatırladaq ki, noyabrın 14-də Sinqapurda Prezident Vladimir Putin ilə Baş nazir Şinzo Abe arasında yüksək səviyyəli görüş keçirilib. Görüşdən sonra Baş nazir bəyan edib ki, tərəflər sülh müqaviləsi üzrə danışıqların 1956-cı ildə qəbul edilmiş birgə sovet-Yaponiya bəyannaməsi əsasında aparılması barədə razılığa gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.