Dünya

Britaniyanın kral ailəsində qalmaqal böyüyür

16 Dekabr 2018 14:32
2 Şərh     Baxış: 1 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyada şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton Milad bayramını Meqan Marklla birlikdə keçirməyəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kral ailəsindən olan mənbə yerli mətbuata bildirib ki, cütlüklər arasında "normal münasibətlərin" qorunub-saxlanılmasına baxmayaraq, onlar indi birlikdə daha az vaxt keçirirlər.

Bundan əvvəl "The Sun" nəşri şahzadə qardaşlar arasında  ixtilafların yaşandığından xəbər vermişdi. Xəbərə əsasən, şahzadə Harri qardaşı Uilyamı Meqan Marklla münasibətlərini korlamağa çalışmaqda günahlandırıb.

İddiaya görə, şahzadə Harri vaxtıilə anası şahzadə Diananı qoruya bilmədiyi üçün özünü günahkar hesab edir, ona görə hər vəchlə həyat yoldaşını qorumağa çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.