Dünya

Koalisiya qüvvələri yenə məscidi vurdu

16 Dekabr 2018 13:57
0 Şərh     Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ rəhbərliyindəki koalisiya qüvvələri Suriyanın Dey-əz-Zor vilayətinin Həccin qəsəbəsində məscidi vurub.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyatın İŞİD-ə qarşı keçirildiyi açıqlanıb.

Bildirilib ki, 16 terrorçu məsciddə olub və zərbə nəticəsində onlar zərərsizləşdirilib.

Qeyd edək ki, bu, İŞİD-ə qarşı əməliyyat adı ilə vurulan ilk ictimai bina deyil. Koalisiya qüvvələri həmin qəsəbədə 18 oktyabrda Əmmar bin Yasir məscidinə, 19 oktyabrda Osman bin Əffan məscidinə, 21 oktyabrda Quran kursuna, 22 oktyabrda Zəviyə məscidinə, ötən həftə isə xəstəxanaya hücumlar edib. Bu hücumlarda ümumilikdə 59 sivil vətəndaş ölüb

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.