Dünya

Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma - Qriqol Vaşadze də iştirak edib

16 Dekabr 2018 13:29
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 16-da Telavi şəhərində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olacaq. Gürcüstan müxalifəti isə Telavidə dinc aksiya keçirməyi planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 16-da səhər saatlarından başlayaraq müxalifət nümayəndələri minik avtomobilləri və mikroavtobuslarla Tbilisidən Telaviyə doğru hərəkətə başlayıblar. Yol boyu 500-ə yaxın maşın karnavı qeydə alınıb. Avtomobillərin əksəriyyətinin üzərində "Salome yox" şüarı və Gürcüstan bayrağı var. Polis yolboyu bir neçə dəfə müxalifət nümayəndələrindən qayıtmağı tələb edib. Lakin müxalifət nümayəndələri onların tələbinə məhəl qoymayıb. Telavi şəhərinə 10 kilometr qalmış Axaşeni kəndində polis iri avtobuslarla yolu bağlayıb və müxalifət nümayəndələrini şəhərə buraxmayıb.

Polislə müxalifət nümayəndələri arasında qarşıdurma yaranıb, bir neçə polis əməkdaşı və aksiya iştirakçısı xəsarət alıb.

Müxalifətin prezidentliyə namizədi, Qriqol Vaşadze də aksiyada iştirak edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.