Dünya

İran MDB Dəmiryolları Birliyinə üzv oldu

16 Dekabr 2018 07:55
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Dəmir Yolları Şirkəti MDB ölkələri dəmiryolları birliyinin üzvü olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Dəmir Yolları Şirkətinin ticarət məsələləri üzrə direktor müavini Babək Əhmədi deyib.

Onun sözlərinə görə, sanksiyaların dəmir yolları sektoruna təsiri minimal həddədir: "Son sanksiyalarda ən stabil sahə dəmiryol sahəsi olub. Özəl şirkətlərin iştirakı ilə yaxşı proqramlar icra olunur".

Əhmədi əlavə edib ki, İran İslam Respublikası Dəmir Yolları Şirkəti təzəlikcə MDB Dəmir Yolları Birliyinə üzv olub: "Rus vaqonlarının problemlərinə gəldikdə, gələn bir neçə ayda beynəlxalq sahədə yük nəqli üçün tam şəkildə İran vaqonlarından istifadə olunacaq.MDB-də yük daşınması üçün yük maşınları münasib vasitə deyil. Bu birlikdə yük nəqli dəmir yoluna əsasəndir. Elə buna görə, yüklərin dəmir yol şəbəkəsinə köçürülməsinə çalışmaq lazımdır", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.