Dünya

Paris yenə qarışdı: 7 yaralı, 168 nəfər tutuldu - YENİLƏNİB - FOTO

15 Dekabr 2018 22:36
0 Şərh     Baxış: 1 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:36

Fransanın paytaxtı Parisdə "sarı jiletlər"in etiraz aksiyaları zamanı 7 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, aksiyalar zamanı həmçinin 168 nəfər saxlanılıb. Qeyd edək ki, bu gün aksiya iştirakçılarının sayı 2 mindən çox olub. Ümumilikdə ölkə üzrə nümayişçilərin sayı 33,5 mindir.

Xatırladaq ki, Fransada yanacağın qiymətinin qaldırılmasına etiraz əlaməti olaraq "sarı jilet" hərəkatı noyabrın 17-də başlayıb.

----------

21:32

Fransada "sarı jiletlilər"in növbəti etiraz aksiyası keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Parisdə polis Yelisey çölləri prospektində toplaşan aksiyaçıları mühasirəyə alaraq digər küçələrə keçməyə qoymayıb. Beş qadın respublikanın simvolu olan Maryan qiyafəsində, sinəsi açıq şəkildə polisin qarşısına çıxaraq etirazlarını bildirib. Digər aksiyaçılar paytaxtın müxtəlif məhəllələrində, eləcə də Paris Operasının qarşısına toplaşıblar. Paris polis prefekturasının məlumatına əsasən, təkcə paytaxtda 151 aksiyaçı dindirilib və onlardan 101-i müvəqqəti saxlanılıb.

Axşam saatlarında polis su şırnağı ilə aksiyaçıları dağıtmağa başlayıb. Yelisey çölləri prospektində polis məngənəsi arasında sıxılan aksiyaçılar "Makron, istefa" sloqanları altında dağılmağa məcbur olublar.

Aksiyaçılar hələ də küçələrdə aksiyanı davam etdirilər.

Əyalətlərdə "sarı jiletlilər"lə polis arasında qarşıdurma olduğu bildirilir.

Son məlumata görə, bir aydır davam edən aksiyalar zamanı 7 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.