Dünya

Tramp onu təhqir edən aparat rəisinə əvəz tapdı

15 Dekabr 2018 21:23
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri vəzifəsini icra etmək üçün Mik Malveynini təyin edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda "BBC News" məlumat yayıb.

Trampın "Twitter"də verdiyi açıqlamaya görə, Malveyninin sələfi general Con Kelli bu ilin sonunda vəzifələrinin icrasını dayandıracaq.

Tramp 68 yaşlı Kelliyə göstərdiyi xidmətə görə təşəkkür edərək, onun əsl vətənpərvər olduğunu bildirib.

Halbuki ABŞ mətbuatı onların arasında münasibətlərin birmənalı olmadığını yazır. Belə ki, məlumata əsasən, general Kelli postda olduğu müddətdə dəfələrlə Trampı dikbaşlıq edən "səfeh" adlandırıb.  

Bu haqda amerikalı veteran, araşdırmaçı-jurnalist Bob Vudvordun "Qorxu: Tramp Ağ Evdə" (2018) adlı memuarlarından ibarət kitabında daha geniş məlumat təqdim olunub.

İddianın mətbuata sirayət etməsindən sonra Kelli onun Ağ Ev rəhbərini təhqir etməsi ilə bağlı şayiələri hər vəchlə inkar edirdi. Nəticədə, onların münasibətləri o dərəcədə korlandı ki, Kelli və Tramp faktiki olaraq bir-biri ilə danışmırdılar.

Yeni təyinat alan aparat rəhbəri Mik Malveyni 51 yaşındadır. ABŞ prezidenti administrasiyasının inzibati-büdcə idarəsinə rəhbərlik edir. Həmin qurum Konqresə təqdim olunmazdan əvvəl illik federal büdcə layihəsini hazırlayır.
Ağ Evin sözçüsü Sara Sanders bildirib ki, yeni təyinat almasına rəğmən, Malveyni  əvvəlki vəzifəsini qoruyub-saxlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.