Dünya

Qadın ərinə 315 min dollar "atıb", ABŞ-a qaçaraq lüks həyat yaşadı - FOTO

15 Dekabr 2018 09:45
5 Şərh     Baxış: 5 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın ərinə və onun ailəsinə 315 min dollar "pul atıb".

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ərinə və onun ailəsinə xəstəliyi ilə bağlı kələk gələn qadın onların 250,000 fund-sterlinq pulunu mənimsəyib.

36 yaşlı Casmin Mistri (Jasmin Mistry) ərinə və onun yaxın qohumlarına xərçəng xəstəliyinə tutulduğunu söyləyib və bildirib ki, sağalmaq üçün pula ehtiyacı var.

315 min dolları alıb ABŞ-a qaçan britaniyalı qadın pulları bahalı çantalara və başqa lüks mallara xərcləyib.

Məlumata görə, qadın bu yalanı 4 il müddətinə gizli saxlaya bilib. Qadının əri məhkəmədə ifadə verərkən "böyük zərbə" aldığını və bunu heç vaxt unutmayacağını söyləyib.

O bildirib ki, arvadı ona "Google"dən yüklənmiş rentgen şəkli göstərib və beyin xərçəngi olduğunu söyləyib.

Qadın 30 qohumunu və ərini aldatdığına görə saxlanılıb. Onun 4 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verilib.

Qeyd edək ki, onlar 2012-ci ilə sosial şəbəkədə tanış olub, 6 ay ərzində ailə qurublar. Lester şəhərindən olan qadın ba layı zamanı başağrılarının olduğunu söyləyib və sonra da plan quraraq ərini və onun qohumlarını aldadıb.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.