Dünya

Britaniya hökuməti deputatların "Brexit"lə bağlı tələblərini qəbul edəcək

14 Dekabr 2018 21:41
0 Şərh     Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya hökuməti deputatların tələbi əsasında "Brexit"lə bağlı Şimali İrlandiya məsələsində Avropa İttifaqından zəmanət almağı nəzərdə tutur.

Milli.Az "report"-a istinadən bildirir ki, Baş nazirin mətbuat katibi parlamentin istədiyi variantın axtarışına başlanıldığını açıqlayıb.

"Bu sazişin ölkəmiz üçün ən məqbul olduğuna əminik, bizim üçün zəruri qərarlar verə biləcəyik", - deyə mətbuat katibi qeyd edib.

Baş nazir Tereza Mey isə bu günlərdə Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) zirvə görüşünün iştirakçıları ilə danışıqlarına əsaslanaraq, sammitin verdiyi qərarların daha sonra müzakirə edilə biləcəyini diqqətə çatdırıb.

"Aİ-nin London tərəfindən veriləcək hər hansı əlavə izahatları müzakirə etməyə hazır olmadığı barədə məlumatlar var. Odur ki, hələ bundan sonra da danışıqlar mümkündür", - deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmağa dair sövdələşmənin şərtləri ilə bağlı danışıqları bərpa etmək təklifindən imtina edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.