Dünya

Strasburqda silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb

14 Dekabr 2018 21:35
0 Şərh     Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Strasburq şəhərində baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Milli.Az "report"-a istinadən bildirir ki, prokurorluqdan verilən məlumata görə, xəsarət alanların biri xəstəxanada dünyasını dəyişib. Daha əvvəl hadisə nəticəsində 10 nəfərdən artıq yaralanan olduğu bildirilmişdi.

Xatırladaq ki, dekabrın 11-də axşam Strasburqdakı Milad yarmarkasının qarşısında 29 yaşlı Şərif Şekat ətrafa atəş açmış, sonra isə hadisə yerindən uzaqlaşmışdı. Bir çox cinayətlər törətdiyinə görə polisin yaxşı tanıdığı Ş.Şekat ötən gün keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.