Dünya

Dünyanın dörd bucağına terror məktubları göndərilir - FOTO

14 Dekabr 2018 20:04
0 Şərh     Baxış: 1 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada yüzlərlə şirkət, dövlət qurumu, məktəb, xəstəxana və digər qurumlara təhdid dolu elektron məktublar daxil olur. Məktubda həmin binalarda partlayışların törədiləcəyi ilə bağlı xəbərdarlıq edilib, "Reuters" məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məktub müəllifləri, kriptovalyuta (bitkoin) şəklində 20 min dollara qədər pulun ödənilməyəcəyi təqdirdə, partlayış törədəcəkləri ilə təhdid edir.

Nyu-York polis idarəsi belə məktubların əksər ABŞ ştatlarında yayıldığını, ancaq bu təhdidlərin ciddi olmadığını bildirib. Polis rəsmiləri dələduzların qeyri-sabit vəziyyət yaratmaqla pul qazanmağa can atdıqlarını hesab edir.

"Şəxsi zəminli deyil, sadəcə, biznesdir", - deyə təhdid məktublarının birində deyilir.

Məktub mətnlərində tələb olunan məbləğlərin köçürülməsi üçün fərqli bitkoin-cüzdan ünvanları göstərilir. Kimlərinsə "potensial partlayışın" qarşısını almaq üçün həmin hesaba pul keçirib-keçirmədiyi məlum deyil.

San-Fransiskoda partlayış təhlükəsi ilə əlaqədar Yəhudi icması mərkəzi, Pensilvaniyada universitet, Los-Ancelesdə "Call of Duty" oyununu yaradan şirkətin ofisi, Şimali Karolinada "News & Observer" nəşrinin redaksiyası boşaldılıb. Toronto şəhərində isə beş metro stansiyası bağlanıb.

Bundan başqa, "Facebook"un Kaliforniya şəhərindəki ofisində təxliyyə işləri aparılsa da, bunun göndərilən təhdid məktubu ilə bağlı olub-olmadığı məlum deyil.

ABŞ-ın Federal Təhqiqatlar İdarəsinin rəsmisi təhdid dolu məktublar barədə məlumatlı olduqlarını və hazırda araşdırma apardıqlarını açıqlayıb. İdarənin rəhbərliyi vətəndaşları ayıq-sayıq olmağa və ictimai təhlükəsizliyə təhdid yaradan istənilən hallar haqqında büronu məlumatlandırmağa çağırıb.

Avstraliya və Yeni Zelandiyada isə həmin məktublar terror kimi deyil, kibercinayətkarlıq ünsürü kimi araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.