Dünya

Belarus Prezidentinin Rusiyaya səfərinin tarixi açıqlanıb

14 Dekabr 2018 19:39
Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 25-də Moskvada görüşəcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Aleksandr Lukaşenko Moskvada müzakirə edəcəyi başlıca mövzunu açıqlayıb. Onun rusiyalı həmkarı ilə təbii qazın qiymətinin aşağı salınmasını müzakirə edəcəyi gözlənilir.

Belarus Prezidenti Rusiyadan təbii qazın min kubmetrinin 70 dollara satılmasını istəyir. O, müqavilələrin icra olunmasını istədiklərini vurğulayıb.

Xatırladaq ki, hazırda Belarus Rusiyadan min kubmetr qazı 129 dollara alır. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.