Dünya

Valideynləri 5 yaşlı körpəni şkafa kilidləyib ac saxladılar - DƏHŞƏTLİ FOTO

14 Dekabr 2018 20:59
5 Şərh     Baxış: 1 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da yaşayan cütlük 5 yaşlı uşağı şkafa kilidləyib günlərlə ac saxlayıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu dəhşətli hadisə Texas ştatında baş verib. Polis evin içindəki pilləkənlərin altındakı boşluqda düzəldilmiş kiçik dolabda olduqca arıq və halsız bir uşaq tapıblar və onu müalicə olunmaq üçün dərhal xəstəxanaya aparıblar.

Uşağın atası 24 yaşlı Bredli Blaymayer və ögey anası 33 yaşlı Tammi Blaymayerin uşağı uzun müddət burada saxladıqları, şiddətə məruz qoyduqları və ac saxladıqları üzə çıxıb.
Dəhşətli hadisə uşağın atasının və ögey qardaşının dalaşmasından sonra məlum olub. Aclıqdan sümükləri çıxan və bədəninin bir çox yerində çürümə meydana gələn bəxtsiz körpə polis tərəfindən xəstəxanaya aparılıb.

Cordan adlı 5 yaşlı uşağın atası isə məhkəmənin hökmü ilə 15 il müddətinə həbs cəzasına məhkum edilib. Ögey ana isə qaçsa da, polis tərəfindən sonradan saxlanılıb. Məhkəmə isə ögey ananı 28 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.