Dünya

ABŞ səmasında 10 saat havada asılı qalan nəhəng obyekt UNO-dur? - FOTO

14 Dekabr 2018 20:44
1 Şərh     Baxış: 2 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı meteoroloqlar ABŞ səmasında çox böyük və anomal hadisə qeydə alıblar.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, alimlər bu günə qədər belə bir hal ilə rastlaşmadıqlarını bildiriblər. Hələlik anomal hadisənin nə olduğu bilinmir.

"The Drive"ın məlumatına əsasən, bir çox meteoroloq zaman-zaman qeyri-adi hadisələrlə rastlaşırlar amma bunun bir izahı var. Bu dəfə üzə çıxan anomal hadisə isə hətta təcrübəli mütəxəssislərin də təəcccübünə səbəb olub.

Qeyri-adi obyekt İllinoys ştatının cənub hissəsinin səmasında qeydə alınıb. Əvvəlcə onun uzunluğu elə də böyük olmayıb, sonradan isə 80 kilometrə qədər çatıb və obyekt 10 saat səmada asılı qalıb. Bununla yanaşı, obyekt cənuba doğru hərəkət edib və formasını dəyişib.

Bu anomal hadisə barədə ilk dəfə Ueyn Hart adlı meteoroloq sosial şəbəkədə məlumat verib. O, bildirib ki, bu obyekt "Lockheed C-130" hərbi nəqliyyat təyyarəsinin uçuşundan sonra yaranan buluddur.

Amma digər ekspertlər məsələyə şübhəli yanaşıblar. Birincisi, obyektin tempraturu çox yüksək olub. Bu isə təyyarənin buraxdığı aldadıcı hədəf deyil. Eyni zamanda bu günə qədər də sözügedən təyyarədən belə uzunluqda bir buludun yaranması müşahidə edilməyib. Həm də belə təyyarələrin olduğu ən yaxın hərbi naza İndiananın şərqində yerləşir. Nə Kentukki, nə İndiana nə də İllinoys ştatlarında "Lockheed C-130" tipli təyyarənin olduğu baza yoxdur. Əlavə də edilib ki, "Lockheed C-130 Hercules" təyyarəsinin insidenti ilə bağlı da heç bir məlumat olmayıb.

Başqa bir versiyaya görə isə bu, gizli hərbi sınaq zamanı yaranan bulud olub.

Təbii ki, 80 kilometrlik obyektin yadplanetli gəmisi olduğu barədə fikirlər də səsləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.