Dünya

Qeysər kəsiyi əməliyyatları “epidemiya” halını alıb - Ümumdünya Səhiyyə Təşkilatı

14 Dekabr 2018 21:14
8 Şərh     Baxış: 2 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənub-Şərqi Avropanın bəzi ölkələrində son uiyirmi ildə doğuşlarda qeysər kəsiyi cərrahiyyə əməliyyatından istifadənin kəskin artaraq "epdemiya" miqyası alması ilə bağlı məlumat yayıb.

ÜST-ün dekabrın 13-14-ü Tbilisdə keçirilən regional konfransında təşkilatın Avropa Regionunda lüzumsuz qeysər kəsiyi əməliyyatlarının azaldılması yolları müzakirə olunub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, 2000-2015-ci illər arasında Şimali Avropada qeysər kəsiyi əməliyyatlarının doğuşlardakı faizi 20-dən çox olmayıb və əsasən sabit qalıb. Lakin Cənub-Şərqi Avropanın bir neçə ölkəsində belə doğuşların sayı az qala 50 faizi keçib.

Avropa Regional İdarəsində cinsi ve reproduktiv, ana və çağa proqramının rəhbəri doktor Nino Berdzuli deyib ki, qadınlar tibbi ehtiyacdan qaynaqlanmayan qeysər kəsiyi əməliyyatlarına getməklə özlərinin və uşağın həyatını riskə ata bilərlər.

Qeysər kəsiyi əməliyyatından bir qayda olaraq doğuş zamanı çətinliklər yaranarkıən istifadə olunur. Buna baxmayaraq ÜST bildirir ki, qeysər kəsiyi ilə doğuşların payı 10 faizi keçdikdən sonra belə əməliyyatların ümumi doğuş statistikasında ana və körpə ölümü faizini azaltdığını söyləmək olmur. Əksinə cərrahiyyə əməliyyatı doğuş üçün mürəkkəblik yarada bilər.

Analar üçün belə doğuşların neqativ nəticələri özünü gələcək hamiləliklər vaxtı büruzə verir. Bunlar qaydasız erkən doğuş, uşaqlığın yırtılması, anormal plasentasiyadır ki, bu da analarda aşırı qanaxmalara səbəb ola bilər. Ağırlaşdırıcı hallarda bu, histerektomiya və ya uşaqlığın amputasiyası ilə nəticələnir.

Qeysər kəsiyi ilə doğulmuş uşaqların neonatal reanimasiyaya düşməsi riski daha böyükdür. Bəzi tibbi məlumatlara görə belə uşaqlarda sonrakı illərdə astma və piylənmə kimi hallar qeydə alına bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.