Dünya

"Paşinyan hakimiyyətinin təcrübəsi çatmır" - Sabiq erməni deputat

14 Dekabr 2018 18:24
1 Şərh     Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ermənistanın yeni hakimiyyətinin ciddi problemləri həll etmək üçün təcrübəsi çatışmır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu buraxılmış parlamentin Respublika Partiyasından olan deputatı Xosrov Arutyunyan deyib.

O bildirib ki, daxili və xarici siyasətdə mürəkkəb problemlərin həlli üçün təkcə ixtisaslaşmış deyil, həm də təcrübəli parlament lazımdır:

"Söhbət ondan gedir ki, yeni parlamentin peşəkarlığı yoxdur. Hansısa sahədə biliklərə malik olmaq kifayət deyil, mürəkkəb vəziyyətlərdə qərar qəbul etməyi bacarmaq üçün təcrübə də lazımdır. Bu təcrübə isə xüsusilə hakim qüvvədə çatışmır ki, bu da ikiqat təlaşlandırır".

X.Arutyunyan qeyd edib ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsinə cəhdləri əslində erməni tərəfinin danışıqlar prosesini dondurması ilə nəticələnir: "Bütün bunlar təcrübəsizlikdən yaranır".

Sabiq deputat rəsmi Yerevanın qondarma rejimin hərbi rəhbərliyi ilə münasibətlərinin gərginləşməsini son dərəcə arzuolunmaz adlandırıb. O, qondarma rejimin hərbi rəhbərliyinin Ermənistan üçün əhəmiyyətli faktor olduğunu da bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.