Dünya

Yaponiya süni "ulduz yağışı" yaradacaq

14 Dekabr 2018 18:44
0 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya gələn ay süni "ulduz yağışı" yaradacaq peyki fəzaya buraxmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, peyk özü ilə 400 metal şar aparacaq.

Bu şarlar atmosferin qalın qatlarına daxil olarkən yanmağa başlayacaq və bununla meteor effekti yaradacaq.

Yaponiya Milli Kosmik Agentliyi "ulduz yağışı"nın 2020-ci ilin martında baş verəcəyini və Hirosima ətrafında 6 milyona yaxın sakinin bunu görə biləcəyini deyib.

Qeyd olunur ki, süni "ulduz yağışı" ətraf mühitə heç bir ziyan vurmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.