Dünya

Paşinyanın ən yaxın adamlarından biri sutenyor çıxdı

14 Dekabr 2018 12:15
3 Şərh     Baxış: 3 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən, daha doğrusu, ölkənin faktiki rəhbəri olan Nikol Paşinyanla bağlı yeni qalmaqal yaranıb.

Bəlli olub ki, Paşinyanın başçılıq etdiyi "Mənim addımım" ("İm Qayle") seçki blokundan ölkə parlamentinə deputat seçilmiş Sergey Movsisyan sutenyordur.

Daha konkret olsaq, o, Aştarak şəhərində fəaliyyət göstərən "Lido" striptiz-klubunun sahibi, müştəriləri "gözəl qızlar"la təmin edən şəxsdir.

S.Movsisyan Araqotsn vilayətindəki 7 saylı seçki dairəsindən namizədliyini irəli sürmüşdü. O, Nikorl Paşinyanın ən yaxın adamlarından biri kimi tanınır.

Lakin olaylar bununla bitmir.

İrəvandakı "Haykakan Jamanak" qəzetinin əldə etdiyi məlumatlara görə, Sergey Movsisyan əvvəllər "Çiçəklənən Ermənistan" Partiyasının aktiv funksionerlərindən olub.

O, sözügedən partiyanın lideri, milyarder Qagik Sarukyanın "katib"lərindən biri kimi ad çıxarmışdı. S.Movsisyan Aştarakda "Çiçəklənən Ermənistan"ın hər seçkidə "uğur"unun təminatı üçün var qüvvəsi ilə çalışıb.

"Lido" striptiz-klubunun sahibinin Sarukyanı Paşinyana dəyişməsinin səbəbləri bəlli olmasa da, onun situasiyadan maksimum dərəcədə yararlanmağa çalışan şəxs olduğu məlumdur.

N.Paşinyan qalmaqalla bağlı heç bir açıqlama verməyib. Erməni mediası isə baş nazirin "demokrat imici"nə xələl gətirməmək üçün susur, sutenyorun deputat seçilməsinin absurdluğunu gündəmə gətirmir.

Orxan Hun
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.