Dünya

Paşinyan niyə seçkidən sonra Saakyanla görüşdü? - Bir neçə məqsədi var

13 Dekabr 2018 20:48
1 Şərh     Baxış: 1 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nikol Paşinyanın parlament seçkisindəki qələbəsindən sonra ilk olaraq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşməsinin bir neçə məqsədi var.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, birincisi, Paşinyan separatçıların lideri ilə görüşməkdə erməni cəmiyyətinə sanki mesaj göndərir:

"Yəni bununla demək istəyir ki, o da özündən əvvəlkilər kimi, işğalçılıq siyasətini davam etdirəcək, daxildəki və xaricdəki millətçilər narahat olmasın. İkincisi, Paşinyan tez-tez Bako Saakyanla görüşməklə onu nəzarətdə saxlamaq istəyir. Çünki Paşinyanın əsas rəqibləri ona qarşı "Qarabağ kartını" istifadə etməyə çalışacaq".

Politoloq qeyd edib ki, bu görüş eyni zamanda Saakyana bəzi məqamları başa salmaq üçündür:

"Paşinyan Saakyana Robert Köçəryan və Serj Sərkisyan tərəfdarlarının əlində alət olmaması üçün xəbərdarlıq edib. Əks halda Dağlıq Qarabağın maliyyəsini azalda biləcəyini xatırladıb. Təsadüfi deyil ki, görüşdə Ermənistanla separatçıların birgə büdcəsi müzakirə olunub. Fikrimcə, Bako Saakyan hələ ki, güclünün yanında olacaq. Ermənistanda isə güclü hələ ki, Nikol Paşinyandır. Buna baxmayaraq, Qarabağ separatçıları "xaç ataları" olan yerliləri - Köçəryan və Sərkisyan tərəfdarları ilə də gizli təmaslarına davam edəcəklər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.