Dünya

Tereza Mey namizədliyini irəli sürməyəcək

13 Dekabr 2018 19:52
0 Şərh     Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Tereza Mey 2022-ci il seçkilərində artıq Mühafizəkarlar Partiyasına rəhbərlik etmək niyyətində olmadığını bildirib.

Milli.Az bu barədə Report-a istinadən xəbər verir.

"Gələn seçkilərə də Mühafizəkarlar Partiyasının başında getmək istəsəm də, amma fikrimcə, bu dəfə partiyanın seçkilərə yeni liderlə getməsi daha doğru olardı", - deyən T.Mey hazırkı prioritet məsələnin ölkəsinin Avropa İttifaqı üzvlüyündən çıxmasını təmin etmək olduğunu vurğulayıb.

T.Meyin sözləri ən azı 2022-ci il seçki kampaniyasının başlamasınadək partiya liderliyindən və deməli, Baş nazir vəzifəsindən gedəcəyi mənasını verir.

Xatırladaq ki, bu günlərdə Birləşmiş Krallığın Baş nazirinə etimadsızlıq göstərilməsilə bağlı prosedur başlanmışdı. Keçirilən səsvermə nəticəsində partiyadaşlarının səs çoxluğu ilə T.Mey Baş nazir kürsüsündə qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.