Dünya

Səudiyyə neft hasilatında tarixi rekord vurdu, İran isə...

13 Dekabr 2018 17:59
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrda İranda neft hasilatı sutkada 310 min barrel azalaraq gündəlik 3,01 milyon barrelə qədər düşüb. Bu isə 2016-cı ilin yanvarından bəri ən minimum həddir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin dekabr hesabatında deyilir. 

Buna səbəb kimi, İranın müştərilərinin ABŞ sanksiyaları ilə əlaqədar alışı azaltmaları göstərilir. 

Hesabata görə, Səudiyyə Ərəbistanı ötən aykı neft hasilatı ilə tarixi rekorda imza atıb. Belə ki, sutkalıq neft hasilatı 11,06 milyon barrelə yüksələn Səudiyyədə OPEK ölkələri arasında ən yüksək artım müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.