Dünya

Fransada etirazçı faicəvi şəkildə öldü

13 Dekabr 2018 17:04
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada "sarı jiletlilərin" hökumətə qarşı etiraz aksiyasında iştirak edən nümayişçilərdən biri yük maşının altında qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda RTL yerli prokurorluğa istinadən məlumat yayıb.

Avinyon şəhərində ötən gecə baş vermiş insidentdə ağır bədən xəsarətləri alan şəxs dünyasını dəyişib.

Avinyonun prokuror müavini Karolina Arman qəzanı törədən sürücünün 26, zərərçəkənin isə 23 yaşında olduğunu bildirib. Hadisəni törədən şəxs həbs olunub.

İnsidentin yaşandığı yolu "sarı jiletlilər" bağladığından müstəntiqlər yük maşını sürücüsünün  avtomobili qəsdən etirazçıların üzərinə sürüb-sürmədiyini müəyyən etməyə çalışır.

Qeyd edək ki, bu, Fransada noyabr ayının ortalarından başlanan "sarı jiletlilərin" etiraz aksiyalarından bəri ölən sayca altıncı nümayişçidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.