Dünya

Ötən sutka ərzində 1200-dən çox suriyalı vətənlərinə qayıdıb

13 Dekabr 2018 17:09
0 Şərh     Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən sutka ərzində 1200-dən çox suriyalı vətənlərinə qayıdıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ötən sutka ərzində xarici dövlətlərin ərazisindən 1259 qaçqın, o cümlədən Livandan 174 nəfər (52-si qadın, 89-u uşaq), İordaniyadan 1085 nəfər (326-sı qadın, 553-ü uşaq) Suriya Ərəb Respublikasına qayıdıb.

Ümumilikdə 2018-ci il iyulun 18-dən xarici ölkələrin ərazisindən 63 797 nəfər doğma yurdlarına üz tutub.

Suriya mühəndis bölmələri əraziləri minalardan təmizləməyə davam edirlər. Son bir sutkada 9 yaşayış məntəqəsində 12 hektar ərazi minalardan təmizlənib, 33 partlayış təhlükəli, o cümlədən 4 əldəqayırma partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.