Dünya

"Ermənistanda təbii qazın qiyməti bahalaşacaq" - KİV

13 Dekabr 2018 15:44
0 Şərh     Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda təbii qazın qiyməti bahalaşacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "Jamanak" qəzeti yayıb.

Bildirilib ki, Rusiya ilə təbii qazın qiymətinin aşağı salınması ilə bağlı danışıqlar aparılmır: "Bu isə o deməkdir ki, 2019-cu il yanvarın 1-dən Rusiya qazı Ermənistana daha baha qiymətə satacaq. Bu da istehlakçılara baha qiymətə başa gələcək".

Qeyd edək ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın dekabrda Rusiya Prezidenti Vladimir Putinlə təbii qazın qiymətini yenidən müzakirə etmək niyyətində olması barədə məlumat yayılmışdı. Ancaq bu müzakirə baş tutmayıb. Ermənistanda yeni hökumət 2019-cu il yanvarında formalaşdırlacaq.

Xatırladaq ki, Rusiya Ermənistana min kubmetr qazı 150 dollara satır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.