Dünya

Paşinyan: "Hərbi büdcəni artırmaq lazımdır, amma pul yoxdur"

13 Dekabr 2018 17:44
3 Şərh     Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan silahlı qüvvələrinin inkişafı üçün beş il ərzində hərbi büdcəni təqribən 2,5 milyard dollara çatdırmaq lazımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri v.i.e. Nikol Paşinyan hökumətin iclasında deyib.

Bu maliyyənin haradan cəlb ediləcəyinə gəlincə, o bildirib ki, həmin vəsaiti tapmaq üçün çox işləmək lazımdır:

"Bu vəsaitin bir hissəsini hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılmasına ayırmaq lazımdır. Bu, silahlı qüvvələrin döyüş hazırlığının yüksəldilməsi baxımından çox vacibdir".

N.Paşinyanın sözlərinə görə, digər mühüm tapşırıq hərbi-sənaye kompleksinin inkişafı olmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.