13:03
Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı isə 47-yə çatıb.
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat naziri Cahit Turhan bildirib.
Onun sözlərinə görə, ölənlərdən 3-ü maşinist, 6-sı isə sərnişindir. Nazir deyib ki, hadisə ilə bağlı araşdırmalar davam edir.
---------
09:42
Türkiyənin Ankara şəhərində qatar qəzasının səbəbi açıqlanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ankara valisi Vasip Şahin sürət qatarının şəhər ətrafına gedən qatarlardan biri ilə toqquşduğunu bildirib.
Hadisə nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb.
----------
09:13
Türkiyənin paytaxtı Ankarada sürət qatarı qəzaya uğrayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, qatar Ankara-Konya marşrutu üzrə hərəkət edirmiş.
Qəzanın baş vermə səbəbi hələ məlum deyil.
Qatarın qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 20 nəfərə yaxın sərnişin yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.
Milli.Az