Dünya

Aİ İranı nüvə və raket proqramlarına son qoymağa çağırıb

13 Dekabr 2018 08:02
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı (Aİ) İranı nüvə və raket proqramlarını dayandırmağa çağırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Niderlandın BMT yanında daimi nümayəndəsi Karel van Oster tərəfindən açıqlanan Aİ ölkələrinin birgə bəyanatında deyilir.

Onun sözlərinə görə, Aİ ölkələri BMT-nin İranın "fəaliyyəti" barədə hesabatının nəticələrindən narahatdırlar.

Karel van Osterin həmçinin qeyd edib ki, Aİ İran sövdələşməsinin saxlanmasının tərəfdarıdır. Niderland təmsilçisi bildirib ki, hazırda Avropa İttifaqı sözügedən sazişə alternativ görmür.

Bundan əvvəl İran Silahlı Qüvvələrinin nümayəndəsi briqada generalı Əbülfəz Şəkərçi bildirib ki, Tehran raket sınaqlarını davam etdirmək niyyətindədir və bunun üçün xarici dövlətlərin icazəsinə ehtiyac yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.