Dünya

ABŞ bu dəfə Avropa İttifaqını hədələdi

13 Dekabr 2018 08:03
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarını pozsa, Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Maykl Pompeo BMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasının yekunlarına dair bəyan edib.

O bildirib ki, İrana qarşı sanksiyalarla bağlı müəyyən istisnalar var. Söhbət dərman və ərzaqdan gedir.

"Əgər ticarət əlaqələri bu istisnalarla bağlıdırsa, biz sanksiya tətbiq etməyəcəyik. Lakin hansısa məhdudiyyətimiz pozulsa, istənilən tərəfə qarşı sanksiya tətbiq etməyə hazırıq", - deyə o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.