Dünya

Fransada terrora görə 4 nəfər həbs edildi

12 Dekabr 2018 21:23
0 Şərh     Baxış: 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Strasburqda insanlara atəş açan kişi ilə bağlı olan 4 nəfər saxlanılıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə Fransa prokuroru Remi Eits mətbuat konfransı zamanı danışıb.

"Şübhəlinin 4 yaxını nəzarətə alınıb" deyə propkuror qeyd edib.

Prokuror qeyd edib ki, terrorçunun kimliyini, tərəfdaşlarını və hara getdiyini (marşrutunu) müəyyən etmək üçün istintaq davam edir.

Daha əvvəl Fransa KİV-i qeyd edib ki, hüquq-mühafizə orqanları 4 nəfəri saxlayıb, onlardan 2-si terrorçunun qardaşlarıdır.

Xatırladaq ki, çərşənbə günü naməlum şəxs Strasburqda yeni il yarmarkası yaxınlığnda atəş açıb. Nəticədə 3 nəfər ölüb və 13 nəfər yaralanıb.

Müəyyən edilib ki, şübhəli hüquq-mühafizə orqanlarının çoxsaylı qanun pozuntusu ilə tanıdığı 29 yaşlı Şerif adlı şəxsdir. Terrorçunun axtarışı üçün hadisə yerinə 350 nəfər hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.