Dünya

Gürcü müxalifəti aksiyalara başlayır: Hədəf…

12 Dekabr 2018 21:29
0 Şərh     Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Güc Birlikdədir koalisiyası dekabrın 16-da Salomi Zurabişvilinin inauqurasiyasının keçirildiyi Telavi şəhərində etiraz aksiyası keçirəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan prezidentliyinə eks-namizd Qriqol Vaşadze deyib. Onun sözlərinə görə, hökumət müxalifətin kompromis təkliflərinə qulaq asmadığı üçün Telavidə etiraz aksiyası keçiriləcək. O, Telavi ilə bərabər daha bir neçə şəhərdə etiraz aksiyalarının olacağını bildirib.

Qeyd edək ki, Zurabişvilinin inauqurasiya mərasimi Telavinin 10 kilometrliyində yerləşən Çinandali kəndində baş tutacaq. Burada Zurabişvili inauqurasiyadan öncə məşhur gürcü şairi və siyasətçisi, Gürcüstanın azadlığının əsas tərəfdarlarından biri İlya Çavçavadzenin qəbrinə çələng qoyacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.