Dünya

Strasburqda atışma törədən şəxs daha əvvəl 27 dəfə həbs edilib

12 Dekabr 2018 18:59
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən axşam Fransanın Strasburq şəhərində keçirilən Milad yarmarkasında atışma törədən şəxs Fransa, Almaniya və İsveçrədə törətdiyi cinayətlərə görə 27 dəfə məhkum edilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Paris prokuroru Remi Eytz bildirib.

"Onun uzun illərdir qanunlara riayət etməklə bağlı problemi var. 27 dəfə məhkum olunub. Fransa, Almaniya və İsveçrədə törətdiyi müxtəlif cinayətlərə görə dəfələrlə həbs edilib", - prokuror qeyd edib.

Xatırladaq ki, daha əvvəl atışmanı törədən şəxsin kimliyi müəyyən edilib. Bu, 29 yaşlı Strasburq sakini Şərif Şekatdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.