Dünya

Almaniyada hökumət başçısı vaxtından əvvəl dəyişə bilər

12 Dekabr 2018 18:09
0 Şərh     Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Xristian Demokrat İttifaqı Partiyası (XDİP) keçmiş lideri olan kansler Angela Merkelin vaxtından əvvəl, yəni 2021-ci ilədək hökumət başçısı vəzifəsini partiyanın yeni sədri Anneqret Kramp-Karrenbauerə təhvil verə biləcəyi məsələsini araşdırır.

Milli.Az report-a istinadən xəbər verir ki, partiya rəhbərliyindəki mənbələrə görə, gələn il Avropa Parlamentinə, həmçinin üç şərqi əyalətdə keçiriləcək seçkilər zamanı Sosial Demokrat Partiyası gözlənildiyi kimi, XDİP, Yaşıllar Partiyası və "Almaniya üçün alternativ" Partiyasından sonra dördüncü yerdə qalsa, iqtidar koalisiyasını tərk edə bilər. Çünki həmin partiyada bir çoxu nüfuzlarının itirilməsini iqtridarda olmalarında görür. Belə olan təqdirdə XDİP azlıq hökuməti yaradıb kansler vəzifəsinə A.Kramp-Karrenbaueri gətirməyi düşünür.

Bu varianta Azad Demokrat Partiyası və "yaşıllar" rəğbət göstərdiklərini daha əvvəl bildirmişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.