Dünya

Tramp: “Bir ay ərzində Suriyanı İŞİD-dən tamamilə təmizləyəcəyik”

12 Dekabr 2018 11:35
1 Şərh     Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarşıdakı 30 gün ərzində Suriyada terrorçu İŞDİ qruplaşmasının üzvü olan bir nəfər belə qalmayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə Suriya və İraqda milli azlıqların hüquqlarının müdafiəsi və dəstəklənməsi layihəsinin imzalanması mərasimində bildirib.

O deyib ki, ABŞ İŞİD-ə qarşı mübarizədə böyük işlər görüb: "Hazırda regionda çox az terrorçu qalıb. 30 gün ərzində bir terrorçu da qalmayacaq".

Qeyd edək ki, Suriyadakı ermənilər, assorilər, yəzidi kürdləri etnik və dini azlıq sayılır.

Xatırladaq ki, bir neçə ay əvvəl Rusiya, İran və ABŞ rəsmiləri Suriyada İŞİD terrorçularının tamamilə məhv etdiklərini açıqlamışdılar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.