Dünya

Cərrahlar 3 günlük siam əkizlərini ayıra bildilər - FOTO

12 Dekabr 2018 11:22
0 Şərh     Baxış: 2 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda cərrahlar 3 günlük siam əkizlərini ayırmağı bacarıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, valideynlər cərrahi müdaxilənin təhlükəli olduğunu düşünsələr də, həkimlər onları inandıra biliblər.

Əməliyyat pulsuz həyata keçirilib. Valideynlərin bu cərrahiyyə əməliyyatına imkanı çatmadığı bildirilir.

5 saat davam edən əməliyyata 5 cərrah, 10 həkim və 15 tibb bacısı cəlb edilib.

Dəriləri və bəzi daxili orqanları bitişik olan siam əkizləri nadir hallarda doğulur: bu hal orta hesabla hər 200 min doğuşa 1 dəfə qeydə alınır, onların 40-60 faizi ölü doğulur, təqribən 35 faizi isə cəmi bir gün yaşayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.