Dünya

ABŞ-da bu il 24 məhkum edam olunub - FOTO

12 Dekabr 2018 13:23
0 Şərh     Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğurluq zamanı kişini öldürüb, arvadına təcavüz edən şəxsə ölüm hökmü verilib.

Milli.Az foxnews-a istinadla xəbər verir ki, ABŞ-ın Texas ştatında yaşayan şəxs 1993-cü ildə törətdiyi cinayətə görə edam olunub.

43 yaşlı Alvin Braziel Jr adlı şəxsə öldürücü iynə vurulub və o, 9 dəqiqə sonra dünyasını dəyişib.

27 yaşlı Douglas White-ı öldürən Alvin öldürülməzdən əvvəl peşman olduğunu söyləyib.

"Loridən onun ərini öldürdüyümə görə ikinci dəfə üzr istəyirəm", - The Dallas Morning News-un məlumatına görə o, edamdan əvvəl deyib. Alvin təcavüzdən bəhs etməyib.

Qeyd edək ki, Alvin bu il ərzində ABŞ-da 24-cü, Teksasda13-cü edam olunan məhkumdur.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.