Dünya

Trampa pis xəbər - Kürəkəninin başı dərddə

11 Dekabr 2018 23:58
0 Şərh     Baxış: 3 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da Demokratlar Partiyasından olan millət vəkilləri prezident Donald Trampım kürəkəni və müşaviri Jared Kuşnerin Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanla əlaqələrinin araşdırılması məsələsini gündəmə gətiriblər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, "New York Times" qəzeti jurnalist Camal Qaşıqçının ölümündən sonra Kuşner ilə Məhəmməd bin Salman arasındakı əlaqələri gündəmə gətirib. Qəzet bu iki şəxs arasında əlaqələrin güclü olduğunu və tez-tez söhbət etdiklərini bəyan edib. Müəllif yaxın zamanlarda demokartalardan olan deputatların Nümayəndələr palatasında Kuşner-Salman əlaqələrinin araşdırılmasına dair məsələ qaldıracaqlarını yazıb.

Qeyd edək ki, Prezident Trampın kürəkəni olan Kuşner eyni zamanda administrasiyanın Orta Şərq siyasətinin koordinatorudur. Yəhudi olan Kuşnerin İsraillə də çox yaxın əlaqələri var.

O, Məhəmməd bin Salmanla tez-tez təmas qurub.

Kəşfiyyat mənbələri Kuşnerin 2017-ci iln oktyabr ayında vəliəhd-şahzadə Məhəmməd bin Salmanla gizli görüşdüyünü ortaya çıxarıblar. Bu görüşdən bir ay sonra, noyabr ayında Məhəmməd bin Salman Səudiyyə Ərəbistanında şahzadələri həbs etməyə başlayıb. Sonra Qaşıqçının öldürülməsi üçün "Pələng dəstələri" yaradılıb.

Məhəmməd bin Salman Camal Qaşıqçının "Müsəlman qardaşları"na, Qətər və Türkiyəyə yaxın olmasından narahat olub. Vaşinqtonda da müəyyən dairələr bu narahatlığı bölüşüb.

Bu informasiyalardan sonra ABŞ Konqresi Kuşneri sorğuya çəkmək üçün hərəkətə keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.